Gecələr yata bilməyənlər üçün məsləhətlər

Gecələr yata bilməyənlər üçün məsləhətlər

13 Noyabr 2020 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Somnoloqlar tez yuxuya gedə bilməyin metodlarını açıqlayıb.

Oxuməni.az xarici mətbuata istinadla xəbər verir ki, müasir insan informasiyaya meylli olsa da, yatmamışdan öncə xəbər oxumaq olmaz. Xəbərlərlə ancaq səhər saatlarında maraqlanmaq olar. Bundan başqa, axşam saatlarında müzakirələr aparmayın, çünki bu zaman hisslərlə bacarmaq çətin olur. Bununla yanaşı, mütəxəssislər yataqda işləməyi məsləhət görmürlər.

Həmçinin, yatmamışdan öncə fiziki hərəkətlərlə məşğul olmaq tövsiyə edilmir. Çünki idman yorğunluq əvəzinə enerji gətirir.

Yatmamışdan öncə alkoqol və qəhvə qəbul etmək də məsləhətli deyil. Bu içkilər yuxunu pozur. Eyni zamanda telefon və ya parlaq işıq yayan cihazlardan da uzaq olmaq lazımdır.

Həmidə