Peyvəndin heç bir xeyri olmayacaq: əsas budur - Həkim

Peyvəndin heç bir xeyri olmayacaq: əsas budur - Həkim

10 Dekabr 2020 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirusu yüngül və simptomsuz keçirən şəxslər bu virusa qarşı vaksin vurulmuş kimi sayılır. Bu səbəbdən koronavirusa qarşı vaksin hazırlamaqdansa, virusa təsir edən dərmanların araşdırılması daha əhəmiyyətlidir.

Oxuməni.az xəbər verir ki, bunu həkim Qalib Əsədov virusa yoluxmuş şəxslərin vaksin olunmasına ehtiyac olub-olmaması barədə danışarkən axar.az-a açıqlamasında deyib.

O bildirib ki, koronaviruslar ailəsinə daxil olan virusların heç birinə qarşı insan orqanizmində dayanıqlı immunitet yaranmır:

“Koronavirusun heç bir növü üçün vaksin hazırlanmayıb. Sars, Mers kimi ölüm faizi yüksək olan virusların da vaksini yoxdur. Çünki bunun əhəmiyyəti də yoxdur. Hər 6 aydan bir sağlam insana bu virusa qarşı vaksin vurulmalıdır. Bunun isə böyrəklərdə və digər orqanlarda kifayət qədər ciddi fəsadları ola bilər. Koronaviruslara qarşı dayanıqlı immunitet olmadığı üçün vaksin o dərəcədə də əhəmiyyətli deyil. Əksinə, virusa təsir edən dərmanların araşdırılıb tapılması lazımdır.

Faviravir və qandurulducu dərmanların bu xəstəliklə mübarizədə effektivliyi sübut olunub. Çalışmaq lazımdır ki, bu dərmanlar mümkün qədər çox olsun. Vaksini gözləməyin əhəmiyyəti yoxdur. Vaksin onsuz da zəifləmiş virusların elementlərindən ibarətdir”, - o bildirib.

Səda