Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz - SƏBƏB şoka salacaq

Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz - SƏBƏB şoka salacaq

1 Aprel 2021 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Biz elə hesab edirik ki, iki faydalı tərəvəzi, meyvəni birləşdirsək, orqanizm ikiqat xeyir görəcək. Amma orqanizmdə gedən kimyəvi prosesləri, eləcə də ərzaqların tərkibini düzgün bilmədiyimizdən səhvlərə yol veririk.

Oxuməni.az-ın verdiyi xəbərə görə,pomidor-xiyarın bir yerdə istifadə edilməsi bəzi fəsadlara səbəb olur. Buna baxmayaraq biz harda, kimdə nəyi necə gördük, təkrar edirik.

Məsələn, süfrəmizdə hətta indi səhərlər də görünən pomidor-xiyar cütlüyü. Dədə-babalarımız pomidoru çox gec görüb, çünki Azərbaycana xas tərəvəz deyil. Və onlar heç vaxt pomidor-xiyar salatı etməyib.

Milli.Az pomidor-xiyar, eləcə də digər ərzaqların ikilikdə qəbulunun zərəri barədə izahını təqdim edir.

Pomidor -xiyar - İş ondadır ki, xiyar tərkibinə görə qələvi, pomidor isə turşu təsirlidir. Onların hər birinin həzmi ayrı cür gedir. Pomidoru parçalayıb həll etmək üçün mədə qələvini sintez edir, xiyar üçünsə turşu lazımdır. İkisini birlikdə yedikdə göründüyü kimi mədə çaşır və həzm yaxşı getmir, turşu-qələvi balansı pozulur.

Pendirlə - qayğanaq, omlet - səhərlər bu ikili çox hazırlanır. Hər ikisi güclü zülal mənbəyidir. Mütəmadi belə yeyilsə, orqanizmdə zülal artıqlığından problemlər yaşana bilər.

Makaron və ya xingal pomidor və pendirlə - Turş tərkibli pomidorla karbohidrat makaronu, xəmiri qarışdırmaq olmaz. Həzm prosesi pozulacaq.

Südlə banan - İkisi birlikdə mədədə pis həzm olunur, ağırlıq yaradır.

Yeməklə meyvə - hətta yeməkdən dərhal sonra da meyvə yemək olmaz. Çünki mədə əvvəlcə yağ və zülalı parçalayır. Bu da 1-2 saat vaxt tələb edir. Deməli meyvə 2 saat sonra yeyilməlidir.