İftar açarkən bu qidalara üstünlük verin – Dietoloq

İftar açarkən bu qidalara üstünlük verin – Dietoloq

14 Aprel 2021 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ramazan ayının pandemiya dövrünə təsadüf etməsini nəzərə alaraq, qızardılmış, çox ədviyyatlı və mədəni qıcıqlandıracaq qidaları nisbətən azaltmaq lazımdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri dietoloq Ofeliya Tahirova deyib.

O bildirib ki, Ramazan ayında düzgün qidalanma olarsa, həm immun sistemi güclü olar, həm də artıq çəki problemindən azad olarıq:

“Bu ayda insanlarda qəbizlik problemi yaranır, çünki maye və qida azalır. Bu baxımdan meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. Gün ərzində meyvə və bolluca tərəvəz istifadə edilməlidir”.

Həkim, həmçinin qeyd edib ki, artıq çəkisi və şəkəri olan insanlar oruc tutarkən daha diqqətli olmalıdır:

“Çalışmaq lazımdır ki, əsasən, turş qidalara üstünlük verilməlsin. İftar vaxtı kortəbii şəkildə gündüz ac olduğunu əsas gətirilərək, axşam qeyri-sağlam qidalar qəbul olunur. Bu da artıq çəkiyə səbəb olur. Şəkərli qidalar yerinə, lifli qidalar daha çox yeyilməlidir”.

Dietoloq bildirib ki, xüsusi olaraq menyulara da diqqət etməliyik:

“İmsak və iftar zamanı soyuq su içmək məsləhət deyil. Suyu ilıq şəkildə qəbul edib, hətta içinə darçın, nanə və ya limon da əlavə etmək olar. İmsakda bir ədəd xurma, iki ədəd quru qaysı və soyutma yumurta, ağ pendir yeyərək gün ərzində tox qalmaq olar. Axşam isə əsasən şorbalara, tərəvəzli yeməklərə, ət qidaları olaraq isə balıq məhsullarına üstünlük vermək lazımdır. Sağlam qidalanarıqsa, uzun müddət immunitetimiz güclü qalar və orucluq daha asan keçər”.