Robert De Niro keçmiş köməkçisinə 1,25 milyon dollar ödəməlidir

Robert De Niro keçmiş köməkçisinə 1,25 milyon dollar ödəməlidir

10 Noyabr 2023 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Robert De Nironun “Canal Productions” şirkəti , maliyyə üzrə keçmiş vitse-prezident və De Nironun şəxsi köməkçisi Qrem Çeyz Robinsona 1,25 milyon dollar ödəməlidir.

Robinson De Nironu onun üçün "zəhərli iş mühiti" yaratmaqda ittiham etdikdən sonra Nyu-York məhkəməsi şirkəti "gender ayrı-seçkiliyi və təqib"də günahlandırıb .

Xüsusilə o, aktyorun onun kürəyini qaşımaqda israr etdiyini söyləyib .

O, iş mühitin o qədər zəhərli olduğunu, hələ də narahatlıq və depressiyadan əziyyət çəkdiyini , 638 dəfə işə müraciət etməsinə baxmayaraq, dörd ildir işləmədiyini söyləyib. Robinson 2008-2019-cu illərdə "Canal Productions"-da çalışıb. Şirkət ona qarşı 6 milyon dollarlıq iddia qaldıraraq, başqa iddialarla yanaşı, şirkətin pullarını şəxsi xərclər üçün istifadə etdiyini və işdə olarkən Netflix-ə baxmağı ilə ittiham edir .

Oxuməni.az