“XALQIN SƏSİ” GÜCÜN BİRLİYİDİR

“XALQIN SƏSİ” GÜCÜN BİRLİYİDİR

27 Noyabr 2023 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

“Farrux Media” qrupun təşəbbüsü ilə Dünya televiziyasının efirində hər bazar ertəsi axşam saat 22:00-dan 24:00-a kimi canlı yayımlanan “Xalqın səsi” musiqi yarışması böyük auditoriyaya sahib olaraq geniş tamaşaçı tərəfindən rəğbətlə qarşılanıb. Əməkdar artist, görkəmli və sevilən aktyor Çingiz Əhmədovun aparıcısı olduğu layihə istedadlı gənc müğənnilərin üzə çıxarılmasında, onların tanınmasında mühüm rol oynayır. Xalq və bəstəkar mahnılarına, klassik əsərlərə müraciət edən gənc ifaçılar ustad sənətkar Azad Zamanov, Əməkdar artist, gözəl muğam ifaçısı Sevinc Sarıyeva tərəfindən qiymətləndirilir. SMS səsvermə yolu ilə keçirilən yarışmada yalnız canlı ifalar səslənir, qarmon ifaçısı Afiq Nağdalının bədii rəhbərliyi ilə “Xalqın səsi” ansamblının canlı müşayiəti ilə gənc müğənnilər potensial imkanlarını üzə çıxarır. Dünya televiziyası hər zaman istedadlara dəstək olur. Çox ulduzların ilk efiri məhz bu kanaldan başlayıb, sənət vəziqələrini Dünya televiziyasının efirindən alıblar. Bölgələrimizi təmsil edən ifaçılar arasında ümidvericilər çoxdur. Əziz oxucular, siz də istədiyiniz və bəyəndiyiniz ifaçıya səs verə bilərsiniz. “Xalqın səsi” gücün birliyi, seçimin düzgünlüyüdür. Layihənin rəhbəri və rejissoru İsa Rəvan və “Farrux Media”nın rəhbəri Əli Hüseynov layihənin baxımlı olmağına yüksək məsuliyyətlərilə çalışırlar.

Belə bir baxımlı layihənin informasiya dəstəyi Oxu Məni.az saytına məxsusdur. Həftəlik layihənin gedişatı və qalibi haqqında əlavə informasiyanı məhz Oxu Məni.az saytından oxuyaraq izləyə bilərsiniz.

Sevimli aktyorumuz Çingiz Əhmədovun aparıcılığı isə layihənin baxımlılığına təsir edən qüvvədir.

Çingiz Əhmədovla “Xalqın səsi”nə dəstək olun!

Alim Nəbioğlu