Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin uğurları

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin uğurları

3 Dekabr 2023 10:29
Bəyəndim (13) Bəyənmədim (0)

Gəlin etiraf edək ki, hər-hansı bir təşkilatın, məktəbin və qrumun uğurlarında ona rəhbərlik edən şəxsin rolu çox əsasdır. Yəni təşəbbüskar, qayğıkeş və təşkilatçı olan rəhbər həmişə öz kollektivinə uğur qazandırır. Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova da belələrindəndir.

Qeyd üçün bildirim ki, Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbi 1979 – cu ildə Ağdam rayonu Gülablı kəndində fəaliyyətə başlamışdır. Erməni işğalçıları tərəfindən rayon işğal edildikdən sonra 1994-cü ildən BDU-nun 5 saylı yataqxanasının 2-ci mərtəbəsində, 2013-cü ilin may ayından isə Qaradağ rayonu Müşviqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə tikilmiş Ağdam rayon 33 saylı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində yerləşdirilmişdir.

Məktəbin uğurları olduqca çoxdur. Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin ən son naliyyətlərinə nəzər salsaq, 13 noyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimini göstərə bilərik. Həmin festivalda Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbinin şagirdlərindən Amin Həşimov 14-17 yaş qrupu nominasiyasında 1-ci, Fatimə Kərimova 2-ci yerə, 6-9 yaş qrupu nominasiyasında Nurlan Ağaverdili 2-ci, Nəbizadə Murad isə 1-ci yerə layiq görülərək, diplom və hədiyyələrlə təltif olunublar.

Ağdam Rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləri "Payız Əfsanələri" müsabiqəsində də uğurlu çıxış edərək müvafiq nominasiyalar üzrə nailiyyətlər qazanıblar:

Saz sinfi üzrə 1-ci sinif Səlimov Ömər II-yer, 3-cü sinif İsmayılzadə İsmayıl II ci yer, 5-ci sinif Balakişiyev Murad II yer, 5-ci sinif Əhmədova Sehran Qran Pri, 4-sinif Əşrəfli Vidadi III yer, Qarmon sinfi üzrə 5-ci sinif Məmmədli Famil I dərəcəli laureat, 3-cü sinif Rzayev Hünər II dərəcəli laureat, 2-ci sinif şagirdi Mirzəzadə Nərmin III dərəcəli laureat, 4-cü sinif şagirdi Nurizadə Xədicə III dərəcəli laureat olmuşdurlar.

Nağara sinfi üzrə 5-ci sinif şagirdi Soltanov Etibar l-ci dərəcəli diplomant, III-cü sinif şagirdi İsmiyev Əkbər I-ci dərəcəli diplomant, Fortepiano sinfi üzrə 5-ci sinif şagirdi Şıxov Samir III dərəcəli laureat, 2-ci sinif şagirdi Hüseynli Xədicə III dərəcəli laureat, Tar sinfi üzrə 2-ci sinif şagirdi Əliyeva Sevgi III dərəcəli diplomant, 3-cü sinif şagirdi İbrahim Nuri III dərəcəli laureat, 4-cü sinif şagirdi Qəhrəmanzadə Uğur fəal iştirakçı, 5-ci sinif Hüseynli Həsən I dərəcəli diplomant kimi seçilmişdir. Xanəndə sinifi üzrə isə 2-ci sinif şagirdi Ağayev Əhəd Qran Pri, Ağaverdili Nurlan II dərəcəli laureat, Feyzi Sübhan III yer laureat, Xəlilova İlahə isə I-ci yer laureat olaraq fərqlənmişdirlər.

Ötən zaman ərzində məktəbdə 8 Noyabr "Zəfər Günü" münasibəti ilə konsert də təşkil edilmişdir. Konsert tədbirini giriş sözü ilə məktəbin xalq çalğı alətləri üzrə şöbə müdiri Sədaqət Məmmədova açmışdır. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi anılıb. Sonra Sədaqət müəllimə Azərbaycan tarixdə ən böyük qələbəsinin – Zəfər Gününün artıq 3-cü ilinin qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tarix boyu həmişə birləşməyi bacaran, həmrəylik nümayiş etdirən millətlər, xalqlar qələbəyə nail ola biliblər. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası, müdrik, uzaqgörən siyasəti ətrafında birləşib dəmir yumruğa çevrilən xalqımız məhz milli birliyi sayəsində böyük Zəfər qazana bilmişdir deyə tədbirin təşkilatçısı Sədaqət Məmmədova sözlərinə əlavə etmişdir. Sonra söz məktəbin gənc istedadlılarına verilmişdir.

Əlavə olaraq bildirək ki, 19 fevral 2021-ci ildə Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova, muğam müəllimi Habil Məmmədov və tələbələri milli-mədəni dəyərlərin təbliğində aktiv iştiraklarına görə “NMEDİA.AZ” İnformasiya Portalının Fəxri Fərmanı ilə təltif olunublar.

Xatırladaq ki, sözügedən musiqi məktəbinin muğam şöbəsinin müəllimi Habil Məmmədovun şagirdlərinin ifa etdikləri “Xudayar təsnifi”-nin video yazısı sosial şəbəkədə böyük marağa səbəb olmuşdu.

Həmin videonu sizlərə təqdim edirik:

Bu il 28-30 oktyabr 2023-cü il tarixlərində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimləri Habil Məmmədov(xanəndə), Tural Allahverdiyev (saz), İntiqam Oktaylı (konsertmeyster) və şagird Alxanlı Sübhan, Kərimova Fatimə, Mustafazadə Zamiq, Həşimov Amin "Müstəqil Türkiyə Partiyası"-nın İstanbul Səhər Təşkilatı tərəfindən Türkiyənin İstanbul şəhərində keçirilən Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş, Cümhuriyyət Bayramında iştirak etmək üçün dəvət almışdılar.

Böyük bayram tədbirində Türkiyənin ictimai siyasi xadimlərinin çıxışlarından sonra Habil Məmmədov və digər iştirakçılar səhnədə möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Hər bir ifa olunan mahnı çoxsaylı tamaşaçıların ardı arası kəsilməyən alqışları ilə müşayiət olunub. Gələcəkdədə bütün iştirakçılara ölkəmizdə və ölkəmizin hüdudlarından uzaqlarda yeni-yeni ugurlar, böyük konsert zallarında çıxışlar arzu edirik və qazanılan uğurlara görə bir daha hər birini təbrik edirk.

Diqqətinizə çatdırım ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbində hər tədris ilinə dair I sinfə qəbul məktəbdə daxili imtahan qaydalarına əsasən keçirilir. Tələb olunan qaydalar çərçivəsində bütün siniflər üzrə tədris müddəti zamanı imtahan qəbul olunur və imtahan nəticələrinə əsasən qiymətləndirilmə aparılır.

Bu gün məktəb haqqında qısa da olsa araşdırma apardım. Ancaq bu qısa araşdırma məndə məktəb haqqında geniş və canlı təsəvvür oyatdı.

Sonda bu məktəbin bütün kollektivinə, başda Aygün müəllimə və Sədaqət müəllimə olmaqla bütün zəhməti olanlara uğurlar arzulayıram. Naliyyətləriniz bol olsun...

Murad Şahməmməd