Məşhur cizgi filmlərinin yaradıcısı Tatyana Paporova 82 yaşında vəfat edib

Məşhur cizgi filmlərinin yaradıcısı Tatyana Paporova 82 yaşında vəfat edib

6 Oktyabr 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

“Soyuzmultfilm” kinostudiyasının keçmiş baş redaktoru Tatyana Paporova 82 yaşında vəfat edib.

Bu barədə məlumatı kinostudiyanın mətbuat xidməti yayıb.

Qeyd edək ki, Paporova “Soyuzmultfilm”də 40 ildən çox işləyib. 2006-cı ildən isə studiyanın baş redaktoru vəzifəsində çalışıb. O özü cizgi filmləri üçün ssenarilər yazıb, həmçinin "Çeburaşka", "Bir, dayan! (Nu, poqodi!), "Bremen musiqiçiləri" kimi məşhur cizgi filmlərinin yaradılmasına rəhbərlik edib.

Oxuməni.az