UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

18 Noyabr 2019 18:33
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni tələbə-rektoru Cavidan Adilzadə ilə görüşüb.
UNEC-dən Oxumeni.az-a bildirilib ki, professor Ədalət Muradov yeni tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib. Rektor UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməyin, birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib, tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb.
Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanıb, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Rektor fəaliyyət müddəti bitmiş tələbə-rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.
Sonda rektor Ədalət Muradov yeni tələbə-rektora uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)