UNEC-də şagirdlərə birgünlük tələbə biletləri təqdim edilib

UNEC-də şagirdlərə birgünlük tələbə biletləri təqdim edilib

19 Noyabr 2019 11:05
Bəyəndim (1) Bəyənmədim (0)

Abituriyentlərə kömək məqsədilə “UNEC-də 1 gün” layihəsinə yenidən start verilib.

UNEC-dən Oxumeni.az-a bildirilib ki, yeni tədris ilinin ilk iştirakçıları Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin X-XI sinif şagirdləri olub. Şagirdlərə birgünlük tələbə biletləri təqdim edildikdən sonra onlar istəklərinə uyğun olaraq marketinq və ingilis dili dərslərini dinləyiblər.

Dərslərdən xoş təəssüratla ayrılan tələbələr UNEC-də infoturda olublar. II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. Onlar UNEC-in xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklər barədə məlumatlandırılıb. Abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, yeməkxana və akt zalları ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43, 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)