UNEC-in kitabxana təcrübəsi öyrənilir

UNEC-in kitabxana təcrübəsi öyrənilir

22 Noyabr 2019 11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən Oxumeni.az-a bildirilib ki, 24/7 kitabxana modeli ilə tanış olmaq məqsədilə universitetdə olan nümayəndə heyətinə kitabxananın fəaliyyəti, iş rejimi, yeniliklər və tətbiq edilən müasir metodlar barədə məlumat verilib.

AzTU-nun nümayəndə heyəti UNEC kitabxana informasiya mərkəzinin 24/7 kitabxanası, əsaslı kitabxana və 1 saylı tədris binasının oxu zalı ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)