Türkiyədə Müəllimlər Günü qeyd olunur

Türkiyədə Müəllimlər Günü qeyd olunur

24 Noyabr 2019 10:11
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Respublikasında 24 noyabr - Müəllimlər Günü qeyd olunur. Bu münasibətlə küçə və meydanlar bayramsayağı bəzədilib.

Oxumeni.az xəbər verir ki, Müəllimlər Günü münasibətlə ölkənin hər yerində bayram tədbirləri təşkil olunub. Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi müəllimlərdən ibarət heyət Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbir muzey kompleksini ziyarət ediblər. Ziyarətə ölkənin 81 vilayətindən gələn müəllimlər qatılıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin digər ali vəzifəli şəxsləri bayram münasibətilə müəllimləri təbrik ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az