Qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib

Qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib

26 Noyabr 2019 10:23
Bəyəndim (2) Bəyənmədim (0)

Özbəkistanın qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib.

Oxumeni.az xəbər verir ki, bu barədə qərar Fransanın ipəkçilik mərkəzi kimi tanınan Lionda keçirilən ipəkçilik üzrə beynəlxalq festivalda qəbul olunub. Tədbirdə ipək istehsal edən beynəlxalq şəhərlər şəbəkəsinin yaradılması haqqında deklarasiya da imzalanıb. Lion (Fransa), Valensiya və Barselona (İspaniya), Komo (İtaliya), Londrina və Kuritaba (Braziliya), Kioto və Yokohama (Yaponiya), Xancou və Nançun (Çin), Səmərqənd və Buxara (Özbəkistan), Tbilisi və Batumi (Gürcüstan) ipəkçilik şəhərləri statusu əldə ediblər.

Festivalda İpəkçilik Şəhərləri Beynəlxalq Assosiasiyasının növbəti yığıncağının 2020-ci ildə Səmərqənddə keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)