UNEC-də yeni proqramlar üzrə təhsil modeli tətbiq ediləcək

UNEC-də yeni proqramlar üzrə təhsil modeli tətbiq ediləcək

26 Noyabr 2019 14:45
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “sürətli təhsil” və “part-time” proqramları üzrə təhsil modeli tətbiq ediləcək.

UNEC-dən Oxumeni.az-a bildirilib ki, “part-time” təhsil modelinə qoşulmaq tələbələrin həm işləmək, həm də təhsil almaq hüququnu təmin edəcək. “Sürətli təhsil” proqramı isə UNEC tələbələrinə universiteti 4 ildən daha tez müddətə bitirmək, iş dünyasına digər məzunlarla müqayisədə daha tez qoşulmaq və elmi fəaliyyətlə daha tez məşğul olmaq imkanı yaradacaq.

Qeyd edək ki, dünya praktikasında geniş istifadə olunan Bolonya prinsiplərinin mövcud qanunvericiliyinə əsasən, tələbələrin təhsilalma müddəti onların nailiyyətləri və fərdi tədris planına uyğun kreditlərin əldə edilməsi müddəti ilə müəyyən olunur. UNEC mövcud qanunvericiliyin daha sistemli tətbiqi məqsədilə “sürətli təhsil” və “part-time” proqramları hazırlayıb. UNEC-də bu proqramların sistemli modellərinin tətbiqi tələbələrə fərdi tədris qrafikinin düzgün tərtibi və proqramlara müraciət şərtlərinin aydınlaşması baxımından böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az