UNEC-də adaptiv təhsil platformasının təqdimatına başlanılıb

UNEC-də adaptiv təhsil platformasının təqdimatına başlanılıb

27 Noyabr 2019 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) adaptiv təhsil platformasının təqdimatına başlanılıb. UNEC-dən Oxumeni.az-a bildirilib ki, bununla əlaqədar Sankt-Peterburq Dövlət Universitetinin Sistem proqramlaşdırma kafedrasının müdiri, professor Andrey Terexov, kafedranın baş müəllimi Marat Nemeşov və “Lanit-Tercom” şirkətinin baş meneceri İqor Sarıçev ali təhsil ocağında seminarlara start veriblər.

Marat Nemeşov adaptiv tədris platforması və onun imkanları mövzusunda təqdimatla çıxış edib. Məruzəçi adaptiv texnologiyaların elektron təhsildə tətbiqi məsələlərindən danışıb. Bildirib ki, bu texnologiyalar təhsilalanlara fərdi təlim proqramını seçməyə imkan yaradır. Eyni zamanda, pedaqoqlara tələbənin fəaliyyətini izləməyə, fərdi tədris planlarına mütəmadi olaraq dəyişikliklər etməyə, öyrənənin fərdi xüsusiyyətlərini nəzərə alaraq dərs saatlarını bölüşdürməyə, rast gəlinən problemləri vaxtında həll etməyə imkan verəcək. Bir sözlə, adaptiv və intellektual texnologiyalar elektron təhsil sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.

Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

UNEC-də, həmçinin professor Andrey Terexovun “SPDU-da qrafik texnologiyaların proqramlaşdırılması tarixi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə Texnologiya və dizayn fakültəsinin informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisaslarında rus bölməsində təhsil alan II və III kurs tələbələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az