Elşad Həsənov “Mətbuatın dostu” diplomu ilə təltif edilib

Elşad Həsənov “Mətbuatın dostu” diplomu ilə təltif edilib

30 Dekabr 2019 16:33
Bəyəndim (15) Bəyənmədim (0)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatları ölkəmizdə yeni quruculuq-abadlıq işlərinin vüsət almasına, vətəndaşların çoxsaylı problemlərinin həll edilməsinə, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxarıb. Bu baxımdan bu ilin noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamla Yasamal rayonu İcra Hakimiyyətinin başçısı təyin edilən Elşad Eldar oğlu Həsənov qısa müddətdə ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində böyük işlər həyata keçirib, qısa müddət ərzində vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirən Elşad Həsənov onların sosial problemlərinin həlli üçün müvafiq göstərişlər verərək sakinlərin rəğbət və sevgisini qazanıb. Təsadüfi deyil ki, rayon sakinləri Elşad Həsənovun fəaliyyətindən razılıq hissi ilə danışır və icra başçısının işinin çoxluğuna baxmayaraq, istənilən vaxt onları qəbul etməyə vaxt tapdığından qürur və razılıq hissi ilə danışırlar. Bunu “Mətbuat firması” tərəfindən Yasamal rayon sakinləri arasında keçirilən rəy sorğusu da bir daha təsdiq edir.

“Mətbuat” firması tərəfindən Yasamal rayonu ərazisində 500 nəfər sakin arasında keçirilmiş sorğuya əsasən qısa müddət ərzində vətəndaşların problemlərinin həlli istiqamətində aktiv fəaliyyət göstərərək onların rəğbət və sevgisini qazanan Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov firmanın təsis etdiyi “Mətbuatın dostu” diplomu ilə təltif edilib.

Bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova “Mətbuat” firması və onun rəhbəri Emin Axundovun adından “Mətbuatın dostu” diplomu təqdim edilib. Ona bildirilib ki, sorğuda rəyi soruşulanlar Elşad Həsənovun fəaliyyətini yüksək dəyərləndiriblər. Öz növbəsində Elşad Həsənov deyib ki, vətəndaşların onun fəaliyyətini yüksək dəyərləndirməsi onda xoş təəssüratlar oyadıb.

Oxumeni.az