Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır

Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır

1 Yanvar 2020 09:00
Bəyəndim (1) Bəyənmədim (0)

Tacikistanda hər nəfər ildə azı beş kitab oxumalıdır.

Oxumeni.az Tacikistan mətbuatına istinadla xəbər verir ki, bu haqda fikirlərini ölkənin Prezidenti Emomali Rəhmon parlamentə illik müraciətində səsləndirib.

Dövlət başçısı deyib ki, ölkədə kitab oxuyanların faizi, həmçinin kitab satışı xeyli aşağı düşüb və bu, narahatlıq doğurur.

Emomali Rəhmon əlaqəli təşkilatlara əhalinin mənəviyyatının yüksəldilməsi üçün bədii ədəbiyyatın çapını artırmağı, kitabxanaların yenidən qurulmasını və yeni çap edilən bədii ədəbiyyatla təmin olunmasını tapşırıb. Prezident deyib ki, bu məsələ çox ciddi şəkildə nəzarətə götürüləcək.

Emomali Rəhmon vurğulayıb ki, tacik xalqının tarixini dərindən öyrənmək məqsədilə Prezident Fondunun vəsaiti hesabına ölkədəki hər ailə akademik Babacan Qafurovun “Taciklər” tarixi kitabını pulsuz əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az