Səməd Vurğunun məşhur “Aygün” poemasını həsr etdiyi bəstəkar haqqında maraqlı faktlar

Səməd Vurğunun məşhur “Aygün” poemasını həsr etdiyi bəstəkar haqqında maraqlı faktlar

21 Yanvar 2020 15:28
Bəyəndim (1) Bəyənmədim (9)

Bu gün Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.

Oxuməni.az Kult.az-a istinadən Şəfiqə Axundova haqqında 7 faktı təqdim edir.

1. Ş.Axundovanın atası qızının musiqiçi olmasını istəmirdi və onu musiqiyə həvəsinə görə tez-tez cəzalandırırdı. Hətta Şəfiqə xanımı piano çalmaqdan uzaqlaşdırmaq üçün musiqi alətini ya qıfıllayıb, ya da gizlədirdi.

2. Şəfiqə Axundova çox gənc yaşlarında ailə qurub və bu izdivac uzun çəkməyib. Həyat yoldaşı onun sənətinə mane olduğu üçün aralarında tez-tez narazılıqlar yaranıb. Bu evlilikdən cəmi bir övladı olan bəstəkar sənətini üstün tutaraq, oğlu ilə birgə tək yaşamağa başlayıb. Bəstəkar müsahibələrində ikinci dəfə ana olmamasına görə təəssüfləndiyini deyib.

3. Xalq artistinin dediyinə görə, Səməd Vurğun məşhur “Aygün” poemasını ona həsr edib.

4. Ş.Axundova 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə düşüb.

5. Bu gün də əzbər bildiyimiz “Lay-lay”ı Şəfiqə Axundova öz oğlu Taleh Hacıyev üçün bəstələyib.

6. Bəstəkarın yeganə oğlu Taleh Hacıyev gənc yaşlarında ruhi xəstəliyə tutulub. Maştağadakı ruhi əsəb xəstəxanasına yerləşdirilən T.Hacıyev uzun müddət bu xəstəliklə mübarizə aparsa da, 2008-ci il iyul ayın 26-da vəfat edib. Onun ölümü Ş.Axundovadan 40 gün gizlədilib. Sənətkar oğlunun ölümündən sonra dərin sarsıntı keçirib və bir daha yaradıcılıqla məşğul ola bilməyib.

7. Ş.Axundova oğlunun dəfnindən 5 il sonra eyni gündə, yəni 2013-cü il iyulun 26-da vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Oxuməni.az