Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi gecə ərzində davam edib

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi gecə ərzində davam edib

26 Yanvar 2020 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

Oxuməni.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Oxuməni.az