Mişel Obama "Qremmi” mükafatı aldı

Mişel Obama "Qremmi” mükafatı aldı

27 Yanvar 2020 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obama “Qremmi” mükafatı alıb.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq birinci xanım musiqi mükafatlarının 62-ci təqdimetmə mərasimində “Ən yaxşı danışıq albomu” nominasiyasında buna layiq görülüb.

Mişelin xatirələr kitabı 2018-ci ilin noyabr ayında nəşr olunub. Artıq ilk günlərdə nəşrin 1,4 milyondan çox nüsxəsi çap və rəqəmsal formada satılıb.

Qeyd edək ki, 56 yaşlı Mişel Barak Obama ilə 1992-ci ildə ailə həyatı qurub. Cütlüyün iki qız övladı var.

Oxuməni.az