Ceyhun Bayramovdan Çində və Türkiyədə təhsil alan tələbələrlə bağlı AÇIQLAMA

Ceyhun Bayramovdan Çində və Türkiyədə təhsil alan tələbələrlə bağlı AÇIQLAMA

27 Yanvar 2020 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

“102 nəfər tələbə Türkiyənin zəlzələ bölgəsindən təxliyə edilərək Azərbaycana gətirilib. Onlar dünən aeroportda qarşılanıb. Heç bir azərbaycanlı tələbə zəlzələdə xəsarət almayıb”.

Oxuməni.az-ın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında bildirib.

Nazir dünyanı təşvişə salan koronavirusun yayıldığı Çində təhsil alan tələbələrin də vəziyyətindən danışıb:

“Hazırda Çində 500, Vuhan şəhərində isə 7 azərbaycanlı tələbə təhsil alır. Karantin bölgəsində tələbələrin təxliyyəsi və onların vəziyyəti ilə bağlı Təhsil Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycanın Çindəki səfirliyi ilə daim əlaqə saxlayır".

Oxuməni.az