Muğam ustası Ağaxan Abdullayevin xatirəsi anılıb

Muğam ustası Ağaxan Abdullayevin xatirəsi anılıb

5 Fevral 2020 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana - Klubda Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd edilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan “Səs üstündə köklənmiş ömür” adlı tədbir görkəmli muğam ustasının əziz xatirəsinə həsr olunub.

Oxuməni.az xəbər verir ki, kitabxananın multimedia mütəxəssisi Ülviyyə İsayeva ustad xanəndə Ağaxan Abdullayevin həyat və yaradıcılığından, muğamın sirlərindən danışıb.

Sonra Sumqayıt Musiqi Kollecinin müəllimlərinin ifasında Ağaxan Abdullayevin repertuarından muğam parçaları dinlənilib, sənətkarın yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.

Tədbir oxucular tərəfindən maraqla qarşılanıb.

Oxuməni.az