Ukrayna Ordusunun əks-hücumu Pasxadan sonra başlayacaq

Ukrayna Ordusunun əks-hücumu Pasxadan sonra başlayacaq

17 Mart 2023 18:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna silahlı qüvvələrinin əks-hücumu tezliklə başlayacaq.

Oxuməni.az xəbər verir ki, bunu hərbi ekspert Roman Svitan RBC-Ukrayna-ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, bunu Ukrayna ordusunun cəbhəyə göndərə biləcəyi qüvvə və vasitələrin miqdarı sübut edir.

"Orada olan, gedən və hazırlaşan texnikanın miqdarı və qoşunların hazırlığı bir və ya iki aydan gec olmayaraq hücum hərəkətlərinin başlayacağını göstərə bilər. Ancaq bu, əks hücumun Pasxadan sonra başlayacağı da istisna edilmir",-deyə polkovnik Svitan bildirib.

Ukrayna qüvvələrinin əks-hücumunda da mühüm amil hava olacaq.

Svitanın fikrincə, hücum Pasxa bayramı- 6 aprel ilə 9 May arasında başlaya bilər. Bununla belə hücum vaxtı dəyişdirilə də bilər. Svitan hesab edir ki, Ukrayna ordusu üç istiqamətdə hücum edəcək. Onlardan biri əsas, ikisi ikinci dərəcəli olacaq.

Əziz Mustafa, Oxuməni.az