Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir

1 İyun 2023 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa siyasi birliyinin sammitində bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, Bakı ilə Yerevan arasında sülh bütün Cənubi Qafqazın maraqlarına cavab verir.

"Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmlənməsi üçün neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla gözəl münasibətlərimiz var. Gürcüstan 2021-ci ildə Qarabağ müharibəsindən sonra çox mühüm vasitəçi rol oynayıb. Əslində, biz Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyirik, buna görə də inanırıq ki, bu, Gürcüstan, Azərbaycan, Ermənistan və bütün regionun maraqlarına daxildir", - deyə Qaribaşvili bildirib.

Əziz Salam