Ermənistan Rusiya silahlarına əvəz tapıb

Ermənistan Rusiya silahlarına əvəz tapıb

5 İyun 2023 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Rusiya ilə bu məsələ ilə bağlı yaranan problemlər fonunda silah alışına alternativ həll yolları tapıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Armen Qriqoryan mətbuata açıqlamasında deyib.

"Bir çox ölkələr var ki, onlarla silah alışı ilə bağlı intensiv müzakirələr aparılır. Bir hissə üçün artıq nəticələrimiz var, digər hissə üçün isə danışıqlar davam edir. Ermənistan və Rusiya arasında silah tədarükü ilə bağlı yaranan problem həll olunana qədər Ermənistan alternativ həll yolları axtarır və tapır",-deyə o vurğulayıb.

Qriqoryan qeyd edib ki, KTMT ölkələrinin Təhlükəsizlik Şurasının katiblərinin görüşü çərçivəsində bu məsələni Minskdəki rusiyalı həmkarı ilə müzakirə etmək niyyətindədir.

Əziz Salam