Umerov Zelenskinin ABŞ Senatında niyə danışmadığını izah edib
Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 5-də ABŞ Senatında planlaşdırılan brifinqdə danışa bilməyib, çünki Ukrayna müharibə vəziyyətindədir və vəziyyət daim dəyişir. Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “Fox News” telekanalına müsahibəsində bildirib.
"Bu, müharibədir, vəziyyət dəyişir. Amma düşünürəm ki, növbəti dəfə bunu edəcək", - Umerov bildirib.
Dekabrın 5-də Zelenski ABŞ Konqresində çıxış etməli idi, orada Ukraynadakı müharibənin gedişi və yeni hərbi yardım paketinə ehtiyac barədə məlumat verməli idi, lakin son anda bu fikirindən vaz keçib.
Ukrayna prezidentinin müraciətinin ləğv edilməsinin səbəbləri nə Amerika, nə də Ukrayna tərəfindən göstərilməyib. ABŞ Senatındakı Demokratik çoxluğun rəhbəri Çak Şumer qeyd edib ki, “son anda nəsə baş verib”.
Oxuməni.az





































































.jpg)
.jpg)
.jpg)











