Türkmənistan Avstriya ilə münasibətləri inkişaf etdirəcək

Türkmənistan Avstriya ilə münasibətləri inkişaf etdirəcək

16 Mart 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistan Avstriya ilə münasibətləri inkişaf etdirmək və bu məqsədlə müvafiq addımlar atmaq niyyətindədir. Bunula bağlı Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov ölkənin Nazirlər Kabinetinin iclasında geniş məlumat verərək deyib ki, həyata keçiriləcək tədbirlər çərçivəsində Avstriya ilə birgə işgüzar şuranın yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə bütün bu məsələlər Türkmənistan nümayəndə heyətinin Avstriyaya son səfəri zamanı geniş şəkildə müzakirə edilib.

Rəşid Meredov həmçinin bəyan edib ki, qarşı tərəflə əldə edilən razılığa əsasən gələn il Türkmənistanda Avstriya ticarət evinin açılması planlaşdırılıb.

Eyni zamanda Türkmənistan-Avstriya İşgüzar Şurasının yaradılması, Türkmənistan-Avstriya İşçi Komissiyasının iyun ayında Vyanada 12-ci iclasının keçirilməsi barədə də qarşı tərəflə müvafiq razılıq əldə edilib.

Oxuməni.az