Avtovağzalda bir şəxsdən şüşə qabın içində piton ilanı aşkar edilib

Avtovağzalda bir şəxsdən şüşə qabın içində piton ilanı aşkar edilib

16 Mart 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qardaş Türkiyədə Trabzon şəhərinin Beşikdüzü avtovağzalında bir şəxsin əşyalarında axtarış aparan polislər şüşə qabda piton ilanı ələ keçiriblər.

Polislər anonim zəng əsasında avtovağzalda gözləyən bir adamın əşyalarında axtarış ediblər. Axtarış zamanı həmin şəxsin üzərində daşıdığı şüşə qabda piton ilanı və qəfəsdə 2 göyərçin olduğunu görüblər.

Nəsli kəsilməkdə olan piton ilan Trabzondakı heyvanxanaya təhvil verilib. Saxlanılan şəxs isə heyvanxanada çalışdığını və piton ilanından şou məqsədilə istifadə etdiyini, lakin heyvanı özü ilə aparmaq üçün heç bir sənədi olmadığını bildirib. Sonda saxlanılan şəxs müvafiq qanuna uyğun olaraq 16 min 644 lirə cərimə olunub…

Oxuməni.az