İtaliya maliyyə, iqtisadi  və hərbi yardımlar baxımından Ukraynanı dəstəkləyir

İtaliya maliyyə, iqtisadi və hərbi yardımlar baxımından Ukraynanı dəstəkləyir

16 Mart 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

UKraynaya münasibətdə Qərb dövlətlərinin mövqelərinə tədricən aydınlıq gəlməyə başlayıb. Belə ki, İtaliya Ukraynaya hərbi qüvvə göndərmək baxımından neytral mövqe nümayış etdirir. Məsələyə münasibət bildirən İtaliyanın Xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani deyib ki, Fransanın Ukraynaya hərbi qüvvə göndərmək istəməsi Makronun şəxsi təşəbbüsüdür.

Onun sözlərinə görə, NATO üzvləri arasında Makronun Ukraynaya qoşun göndərilməsi təşəbbüsünə münasibətdə yekdil rəy yoxdur. Tajani bildirib ki, İtaliya Fransadan fərqli olaraq Ukraynaya qoşun yeritməyə ehtiyac görmür.

Tajani eyni zamanda qeyd edib ki, İtaliya maliyyə, iqtisadi və hərbi yardımlar baxımından Ukraynanı dəstəkləyir və Kiyevə ən yüksək səviyyədə hərbi-texniki dəstəyi düşmən üzərində qələbəyə kimi davam etdirəcək.

Oxuməni.az