Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyaları  rədd edir

Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyaları rədd edir

18 Mart 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya aid İsveçrədə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda dünyanın ən iri dövlətlərindən biri olan Çinin də iştirak edəcəyi gözlənilir. Bu barədə Çinin Sürixdəki səfiri Van Şitin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, hökuməti beynəlxalq hüquq normalarına və dövlətlərin ərazi bütövlüklərinə hörmət edilməsinin tərəfdarıdır. Səfir Çinin istənilən səviyyədə beynəlxalq hüquq normalarının pozulmasına qarşı olduğunu və dövlətlərin ərazi bütövlüyünün zorla dəyişdirilməsini rədd etdiyini də diqqətə çatdırıb.

Van Şitin eyni zamanda Çinin BMT TŞ tərəfindən qəbul edilməmiş sanksiyaların da əleyhinə olduğunu qeyd edib.

Oxuməni.az