Temperatur 60 dərəcəni keçərək rekorda çatdı

Temperatur 60 dərəcəni keçərək rekorda çatdı

19 Mart 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın Rio-de-Janeyro şəhərində temperaturun 60,1 dərəcəyə yüksəlməsi, ölkədə indiyədək ən yüksək hiss olunan temperaturu kimi qeydə alınıb. Sonuncu dəfə 2023-cü il noyabrın 18-də şəhərin qərbində hiss edilən 60 dərəcə temperatur, 59,7 dərəcəni keçərək rekord qırmışdı.

Mütəxəssislər iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının bu il yenilənə biləcəyini bildiriblər.

Oxuməni.az