Latviya- Rusiya sərhədində böyük növbələr yaranıb

Latviya- Rusiya sərhədində böyük növbələr yaranıb

19 Mart 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Latviya-Rusiya münasibətlərində qarşılıqlı etimadsızlıq iki ölkə sərhədində uzun növbələrin yaranması ilə özünü göstərməkdədir. Belə ki, Latviyada Rusiya nömrəli maşınların ölkə daxilinə girişinin və çıxışının məhdudlaşdırmasından sonra rus sürücülər təcili şəkildə ölkəni tərk etməyə çalışırlar. Nəticədə Latviya-Rusiya sərhədində uzun növbələr yaranıb.

Məsələ ilə bağlı açıqlama verən Rusiya Federal Gömrük Xidmətinin bildirdiyinə görə,1,7 mindən çox avtomobil ölkəyə daxil olmaq üçün növbə gözləyir. Bundan əlavə digər sərhəd keçid məntəqələrində də analoji məmzərə yaşanır. Bu müstəvidə də Pskov vilayətindəki Buraçki (Terevovo) keçid məntəqəsində 1350, Ubylinka (Qrebnevo) keçid məntəqəsində isə 380 yük maşını Rusiyaya daxil olmaq üçün növbəyə dayanıb.

Oxuməni.az