İspaniya ilə ABŞ arasında casus qalmaqalı davam edir

İspaniya ilə ABŞ arasında casus qalmaqalı davam edir

25 Mart 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ tərəfindən casusluğa cəlb edilən İspaniya vətəndaşı ətrafında yeni faktlar ortaya çıxıb. Bununla bağlı "El Pais" nəşrinin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən casusluğa cəlb edilən İspaniya vətəndaşı sirr hesab edilən sənədləri bir neçə dəfə evə aparıb. Nəşrin iddiasına görə, casus özünün kompyuterinə qurşadırılan xüsusi aparat vasitəsi ilə bu məlumatları saf-çürük edərək öz ağalarına ötürüb. Nəşrə bununla bağlı verilən məlumata görə, casus istintaqa verdiyi ifadəsində evə gizli məlumatları apararaq onu araşdırdığını etiraf edib.

Qeyd edək ki, MKİ tərəfindən İspaniya vətəndaşının casusluğa cəlb edilməsi faktının ortaya çıxması Madridlə Vaşinqton arasında qalmaqala səbəb olub və iki ölkə münasibətləri gərginləşdirib.

Oxuməni.az