Tonqada hökumət böhranı baş verib

Tonqada hökumət böhranı baş verib

25 Mart 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Tonqa Krallığında hakimiyyət böhranı baş verib. Bununla bağlı yerli mətbuatın verdiyi xəbərə görə, müdafiə naziri Siaosi Sovaleni Kral VI Tupounun əmri ilə tutduğu vəzifəsindən azad edilib. Amma bu da son olmayıb. Belə ki, kralın əmri ilə xarici işlər naziri Fekitamoeloa Utoikamanu da istefaya göndərilib. Hər iki nazirin istefaya göndərilməsinə səbəb kimi onların dövlət çevrilişinə hazırlaşması göstərilir. Hazırda Tonqada faktiki olaraq hökumət böhranı baş verib. Kral VI Tupou yeni kabinetin təşkili ilə bağlı bəzi addımlar atsa da hələlik buna nail ola bilməyib. Bəzi məlumatlara görə, istefaya göndərilən hər iki nazirin orduda və xalq arasında nüfuzu kifayət qədər çoxdur. Bu da hər iki nəzirin dövlət çevrilişi edə bilməsi məsələsini gündəmə gətirib.

Yeri gəlmişkən xatırladaq ki, Tonqo Sakit Okeanın cənub-qərb hissəsindəki adada yerləşir. Onun əhalisi 106,8 min nəfər hesab edilir.

Oxuməni.az