"Ericsson" satış həcminin azalacağından narahatdır

"Ericsson" satış həcminin azalacağından narahatdır

25 Mart 17:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Ericsson" satış həcminin azalacağından narahatdır və bununla bağlı bəzi tədbirlər həyata keçirmək niyyətindədir.

Bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir ki, "Ericsson" texnoloji liderliyini saxlamaq üçün ən zəruri islahatları həyata keçirəcək. Bu məqsədlə istehsal gücünü artırmaq üçün yollar müəyyən ediləcək və ən müasir texnoloji vasitələr bu prosesə cəlb ediləcək. Şirkətdən həmçinin bildiriblər ki, xərclərə qənaət etmək və istehsal gücünü qoruyub saxlamaq üçün təxminən 1,2 min nəfər işçi ixtisar ediləcək.

Qeyd edək ki, "Ericsson"un 99,95 min nəfər işçisi var.

Oxuməni.az