Moldova ilə Rusiya arasında diplomatik qalmaqal səncimək bilmir

Moldova ilə Rusiya arasında diplomatik qalmaqal səncimək bilmir

26 Mart 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə Moldova arasında qarşılıqlı diplomatik qalmaqal davam etməkdədir. Bu müstəvidə də bu gün Moldova tərəfindən "persona non qrata" elan edilmiş Kişinyovdakı Rusiya səfirliyinin əməkdaşı Moldovanı tərk edib. Bununla bağlı Rusiya xarici işlər nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Moldovanı tərk edən səfirliyin əməkdaşı artıq Moskvadadır.

Qeyd edək ki, Rusiya səfirliyinin əməkdaşının Moldovadan qovulmasına səbəb Moskvanın prezident seçkiləri zamanı qondarma Dnestryanı respublikada 6 seçki məntəqəsini açması olub. Buna cavab olaraq Moldova martın 19-da Rusiya səfirliyinin əməkdaşını ölkədən qovub.

Yeri gəlmişkən onu da deyək ki, bundan iki il əvvəl-2023-cü ilin avqust ayında Moldova Kişinyovdakı Rusiya səfirliyinin əməkdaşlarının sayını 10 diplomata və 15 texniki işçiyə qədər azaldıb. Nəticədə səfirlikdə çalışan 22 diplomat və 23 texniki işçi Moldovanı tərk edərək ölkəsinə getməyə məcbur olub.

Oxuməni.az