Böyük xərclərlə bağlı qalmaqal naziri vəzifəsindən edib

Böyük xərclərlə bağlı qalmaqal naziri vəzifəsindən edib

28 Mart 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Latviyada xaricə səfərlərlə bağlı nəzərdə tutulduğundan çox vəsaitin xəclənməsi qalmaqala səbəb olub.

Bununla baölı aparılan araşdırmalar zamanı məlum olub ki, Latviyanın Xarici İşlər naziri Krisjanis Karins beynəlxalq konfranslarda iştirak edən zaman izafi xərclərə yol verib. Belə ki, nazir xaricə səfərləri zamanı digər ölkələrdəki həmkarlarından daha çox vəsait xərcləyib. Dövlət və Aİ büdcəsindən maliyyələşdirilən xərclərə qənaət etməyən Krisjanis Karins kəskin tənqidlərə məruz qalıb. Nəticədə o, istefa verməyə məcbur olub.

Məsələ ilə bağlı məlumat verən rus.lsm.lv portalı yazır ki, Krisjanis Karins istefa barədə qərarını baş naziri Evika Silina ilə görüşdən sonra verib. Onun aprelin 11-də rəsmi şəkildə vəzifəsini tərk edəcəyi gözlənilir.

Oxuməni.az