Berbok: İsrail dinc əhali ilə deyil, terrorçularla mübarizə aparmalıdır

Berbok: İsrail dinc əhali ilə deyil, terrorçularla mübarizə aparmalıdır

29 Mart 07:57
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və bu zaman dinc insanlar arasında kütləvi şəkildə itkilərin olması müsəlmanlara qatı nifrəti ilə seçilən Almaniyada belə birmənalı qarşılanmır. Bunu Almaniyanın Xarici işlər naziri Annalena Berbokun açıqlaması da göstərir.

Berbok "Funke" media qrupuna verdiyi açıqlamasında deyib ki, İsrailin əsas vəzifəsi terrorçu HƏMAS-a qarşı mübarizə aparmaqdır və dinc əhali arasında itkiləri minimuma endirməldir.

O İsrailin özünüqoruma hüququnun olduğunu, ancaq bundan sui-istifadənin əleyhinə çıxdığını da xüsusi qeyd edib. Berbok bütün hallarda bölgədə vəziyyətin belə ağır vəziyyətə çatmasında HƏMAS-ı günahlandırıb və onlar məhv edilmədən uzunmüddətli sabitliyin olmayacağını söyləyib.

Oxuməni.az