Orban növbəti dəfə Ukraynaya  düşmən olduğunu nümayış etdirib

Orban növbəti dəfə Ukraynaya düşmən olduğunu nümayış etdirib

29 Mart 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Rusiya tərəfindən təcavüzə məruz qalmasına münasibətdə Kremlyönümlü mövqe nümayış etdirən Macarıstanın baş naziri Viktor Orban Putinin Kiyevin NATO-ya üzv olmasına heç vaxt razı olmayacağını deyib. O, Avstriyanın keçmiş kansleri (2000-2007-ci illər) Volfqanq Şussellə söhbətində bildirib ki, Ukrayna bufer zonasına çevrilsə daha yaxşı olacaq.

Orbanın fikrincə, Rusiya NATO-nu təhdid etmır və bununla bağlı onlar hər iki tərəfin maraqlarını nəzərə alaraq razılığa gələ bilərlər. Orban eyni zamanda iddia edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar Qərblə Rusiya arasında aparılmalıdır.

Orbanın dedikləri isə Şusseli razı salmayıb. O, Orbana cavabında deyib ki, Ukrayna təcili şəkildə nəinki, Avropa İttifaqına, həm də NATO-ya üzv qəbul edilməlidir

Oxuməni.az