Çin 29 ölkənin vətəndaşları üçün birtərəfli vizasız rejim tətbiq edir
Çinin Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin sözçüsü Tong Xuejun cümə günü bildirib ki, ölkəsi Fransa və Almaniya da daxil olmaqla 29 dövlət üçün birtərəfli qaydada vizasız rejim tətbiq edib.
O, xarici ticarətin stimullaşdırılması tədbirləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, hazırda Çinlə 25 ölkə arasında tam vizasız rejim mövcuddur.
Adları vizasız gediş-gəliş siyahısına daxil olan dövlətlərin vətəndaşları Çinə viza almadan daxil ola bilərlər. Onların ölkədə iş və ya turizm məqsədləri, habelə qohumlarını ziyarət etmək və ya sadəcə tranzit məqsədilə 15 günə qədər qalması mümkündür.
Oxuməni.az
Digər xəbərlər