İsrailin təhlükəsizlik kabineti Hizbullahla atəşkəsi rəsmən təsdiqləyib

İsrailin təhlükəsizlik kabineti Hizbullahla atəşkəsi rəsmən təsdiqləyib

08:09
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Təhlükəsizlik Kabineti Hizbullah ilə atəşkəs razılaşmasını dəstəkləyib. Livanda döyüşlər dayandırılacaq. Bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrail Baş Nazirinin dəftərxanasının məlumatına görə, atəşkəs üçün İsrailin 10 naziri səs verib. Yalnız bir nazir bunun əleyhinə olub.

“The Times of Israel” yazır ki, sazişin əleyhinə səs verən təhlükəsizlik kabinetinin yeganə üzvü milli təhlükəsizlik naziri İtamar Ben Qvir olub.

Baş naziri Benyamin Netanyahu isə deyib ki, "İsrail ABŞ-ın bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirir və ozünün təhlükəsizliyini müdafiə etmək hüququnu qoruyub saxlayır".

Oxuməni.az