Konqresmenlər Baydenə məktub göndərərək Assange üçün əfv olunmasını xahiş ediblər
Amerikalı konqresmenlər - demokrat Ceyms MakQovern və respublikaçı Tomas Massi VikiLeaks-in yaradıcısı Culian Assancın əfv olunmasına çağırıblar. Qeyd ediblər ki, prokurorlarla razılaşmaya əsasən, onun təqsirli olduğunu etiraf etməsi jurnalistlərin və məlumat verənlərin casusluqda təqib edilməsi üçün presedent yaradır. Bu barədə Guardian qəzeti məlumat yayıb.
Onlar ABŞ prezidenti Co Baydenə göndərdikləri məktubda belə bir addımın demokratiya və söz azadlığının müdafiəsi üçün mediaya güclü mesaj verəcəyini bildiriblər. “Sadə dillə desək, məxfi məlumatların alınması, saxlanması və ya açıqlanmasına görə cinayət hesab edən Casusluq Aktının 793-cü maddəsinin öz işlərini görən jurnalistlərə və xəbər təşkilatlarına qarşı istifadə oluna biləcəyi ilə bağlı çoxdankı və əsaslı narahatlıq var.”, - qanunvericilər vurğulayırlar.
Oxuməni.az