Suriya Tartus limanının idarə olunmasına dair Rusiya ilə müqaviləni ləğv edib
Suriya hakimiyyəti Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair müqaviləni ləğv edib. Bu barədə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi “Al Watan” qəzetinə müsahibəsində bildirib.
“Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu ilə bağlı müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq”, - Cudi bildirib. O əlavə edib ki, işçilər müqavilənin şərtlərinə uyğun olaraq təkmilləşdirilməyən avadanlığın bərpasına qayıdacaqlar.
Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi 2019-cu ildə 49 il müddətinə bağlanıb. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hamudun sözlərinə görə, sənəd limanın idarə edilməsini və onun modernləşdirilməsinə Rusiya tərəfdən 500 milyon dollardan çox investisiya yatırılmasını nəzərdə tuturdu.
Tartus Suriyanın ikinci ən böyük dəniz limanıdır. Rusiya Hərbi Dəniz Qüvvələri üçün logistik dəstək məntəqəsi var. Xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 12-də bildirib ki, Rusiya yeni hakimiyyət orqanlarının gəlişindən sonra Suriyadakı hərbi bazalarını saxlamağı gözləyir.
Almaz Həsənli