
Hindistanın xarici işlər naziri Lavrovla Moskva və Yeni Dehli arasında əməkdaşlığı müzakirə edib
Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib ki, Yohannesburqda rusiyalı həmkarı Sergey Lavrovla görüşündə o, Ukrayna ətrafında baş verən son hadisələri, eləcə də Moskva ilə Yeni Dehli arasında əməkdaşlıqda irəliləyişləri müzakirə edib.
"Rusiya xarici işlər naziri Sergey Lavrovla bu axşam Yohannesburqda görüşməkdən şadam. Hindistan və Rusiya arasında ikitərəfli əməkdaşlıqda gələcək irəliləyişləri nəzərdən keçirdik", - o, Facebook səhifəsində yazıb.
"Biz Ukraynadakı münaqişə ilə bağlı son hadisələri, o cümlədən Ər-Riyaddakı görüşü müzakirə etdik", - o əlavə edib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər