Bundestaq Ukraynaya 3 milyard avro hərbi yardımın ayrılması istiqamətində addım atıb

Bundestaq Ukraynaya 3 milyard avro hərbi yardımın ayrılması istiqamətində addım atıb

22 Mart 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bundestaqın Büdcə Komitəsi 2025-ci ildə Ukraynaya əlavə 3 milyard avro hərbi yardımın ayrılmasını təsdiqləyib.

Bu barədə Tagesschau xəbər verir.

Nəşrin xatırladığı kimi, bu il Almaniya Ukraynaya 4 milyard avro hərbi yardım ayırıb. Bununla belə, əlavə olaraq daha 3 milyard avronun verilməsi planlaşdırılır

Komitə həmçinin 2026-2029-cu illər üçün təxminən 8,3 milyard avronun ayrılmasını təsdiqləyib ki, bu da tədarük müqavilələrinin bağlana biləcəyi deməkdir.

"Bu, Putinə, müttəfiqlərimizə və Ukraynaya açıq siqnal olan düzgün qərardır. Almaniyaya güvənmək olar və Ukraynanın azadlıq mübarizəsi tam dəstəyimizə layiqdir", - SPD deputatı Andreas Şvars vurğulayıb.

Ukraynaya yardım üçün əlavə vəsait Almaniya Müdafiə Nazirliyi və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən tələb olunub.
Əziz Mustafa, Oxuməni.az