
Ağ Ev ABŞ, Rusiya və Ukrayna arasında martın 24-25-də Ər-Riyadda keçirilən danışıqlardan sonra iki bəyanat yayıb
Əsas mövzular Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyi və Rusiya Federasiyası və Ukraynanın enerji obyektlərinə hücumların qarşısının alınması mexanizminin yaradılması olub. Bu barədə Kreml ayrıca bəyanat yayıb.
Reuters yazır ki, Tərəflər arasında danışıqların aparıldığı Riyaddakı Ritz Carlton otelində belə razılıq əldə edlib:
Qara dənizdə yerləşən gəmilər məsələsi.
Gəmilərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək.
Rusiya və Ukraynada enerji obyektlərinə hücumların qarşısının alınması mexanizminin hazırlanması.
Rusiyanın gübrə və qida ixracı üçün limanlara və ödəniş sistemlərinə çıxış imkanlarının genişləndirilməsini asanlaşdırmaq.
Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün dünya bazarına çıxışını bərpa edilməsi.
ABŞ dəniz sığortası xərclərini azaltmağa kömək edəcək.
Birləşmiş Ştatlar və Rusiya güclü və davamlı sülh üçün səylərini davam etdirəcəklər.
Əziz Mustafa, Oxuməni.az