Gürcü müğənni Rusiya bayrağını təhqir edib
Tbilisi Open Air festivalında çıxış edən gürcü müğənnisi Erekle Getsadze Rusiya bayrağını yerə ataraq, özünü bayrağı murdarlamış kimi göstərib.
Moskva Rusiya hüquq-mühafizə orqanlarının musiqiçinin hərəkətlərini qiymətləndirəcəyini bildirib. Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin artıq cinayət işinin başlanmasına göstəriş verib.
Gürcüstanlı müğənni Erekle Getsadze Tbilisi Open Air festivalında çıxışı zamanı Rusiya bayrağını təhqir edib. Müvafiq video çəkilişlər sosial şəbəkələrdə yayılıb. Videolardan birini musiqiçinin özü repost edib.
Kadrlarda Getsadzenin bayrağı əvvəlcə yerə atması, sonra onu torbaya qoyması və guya üzərinə sidiyə getdiyi görünür. Bu hərəkət onun mövcud siyasi vəziyyətə münasibətini əks etdirən siyasi jest kimi qəbul edilib.
Gürcüstan rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.
Əziz Mustafa, Oxuməni.az





































































.jpg)
.jpg)
.jpg)











