Türkiyə təyyarə eniş etdikdən sonra təyyarə dayanana qədər ayağa qalxan sərnişinləri cərimələyəcək

Türkiyə təyyarə eniş etdikdən sonra təyyarə dayanana qədər ayağa qalxan sərnişinləri cərimələyəcək

30 May 10:22
Bəyəndim (4) Bəyənmədim (0)

Türkiyə Mülki Aviasiya İdarəsi (SHGM) “kəmərlərinizi bağlayın" tablosunun sönməsini gözləmədən enişdən sonra oturacaqlarından qalxan təyyarə sərnişinlərinə cərimələr tətbiq etmək qərarına gəlib.

Bu barədə Oxuməni.az “BBC”-yə istinadən xəbər verir.

Bu qaydalar mayın əvvəlində sərnişinlərdən şikayətlər daxil olduqdan sonra tətbiq edilib. Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cərimə 70 dollara yaxındır.

Türkiyə rəsmiləri bildiriblər ki, son vaxtlar belə hadisələrin sayı xeyli artıb.

“Turkish Airlines” (Türk Hava Yolları) artıq stüardessaları yeni qaydalarla bağlı sərnişinlərin məlumatlandırılmasına diqqət yetirməyə çağırıb.

Almaz Həsənli