«Oxford Dictionary» 2023-cü il üçün ilin sözünü seçdi

«Oxford Dictionary» 2023-cü il üçün ilin sözünü seçdi

5 Dekabr 2023 06:45
Bəyəndim (0) Bəyənmədim (0)

«Oxford English Dictionary» 2023-cü ilin ən populyar sözünü açıqlayıb. İlin sözü üslub və cazibə kimi təyin olunan "rizz" olub.

Oksford lüğəti tərəfindən keçirilən ictimai səsvermədə təxminən 30.000 adam iştirak etdib və ilin sözü seçilib.

2023-cü ilin sözü yekdilliklə “rizz” seçilib. Söz fərdin digər insana təsir etməsi və cəlb etməsi deməkdir.

''Rizz''; üslub və cazibə kimi müəyyən edilən danışıq istifadə nümunəsi olaraq, romantik və ya cinsi tərəfdaşı cəlb etmək qabiliyyətinə istinad etmək üçün istifadə olunur.

''Rizz'' terminini aktyor Tom Holland xarizma sözünün abbreviaturası kimi istifadə etdirərək məşhurlaşdı. Müsahibəsində xarizmasının olmamasından bəhs edən Holland bu sözü işlətdi və sözün istifadəsi əvvəlki il birdən-birə 15 dəfə artdı.

Sosial mediada və gündəlik söhbətlərdə tez-tez istifadə olunan söz ilin sözü seçilib.

Xatırladaq ki, 2022-ci ilin sözü isə "goblin" olaraq təyin olunmuşdu.

Oxuməni.az