Süni intellektlə artıq yuxuları da idarə etmək mümkündür

Süni intellektlə artıq yuxuları da idarə etmək mümkündür

31 Yanvar 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Prophetic" şirkəti tərəfindən hazırlanmış süni intellekt dəstəkli neyrotexnoloji cihaz sayəsində insanların xəyallarını idarə edə bildiyi iddia edilib. Yuxu zamanı beynin prefrontal korteks hissəsinə siqnal göndərən bu cihaz aydın yuxular görməyə imkan verə biləcək.

Son bir ildə dünyanı fırtına sürəti ilə ələ keçirən və demək olar ki, hər sahədə həyata inteqrasiya oluna bilən süni intellekt artıq yuxuları da idarə edə biləcək.

Belə ki, cihaz istifadəçinin yuxu görmənin baş verdiyi ən dərin yuxu mərhələsi olan "REM"ə çatdığını aşkar etdikdə yuxu görməyə başlaması üçün beyinə siqnallar göndərəcək.

Bundan əlavə, sınaq mərhələsinin başladığı və könüllülərin axtarıldığı elanı ilə 400-dən çox istifadəçinin bu neyrotexnoloji cihazı sınaqdan keçirmək üçün beta mərhələsi üçün qeydiyyatdan keçdiyi də bildirilib.

Oxuməni.az